“Sülhün Kökləri” humanitar qeyri-kommersiya təşkilatının baş direktoru və təsisçisi Heidi Kühn "Facebook" hesabında Birləşmiş Millətlər Təşkilatı tərəfindən həyata keçirilən yeni kampaniya haqqında paylaşım edib.
Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu üzrə Komissiyası "Minasız Dünya üçün Bir Mina Bir Həyat Ümumdünya hərəkatı"na start verib.
Heidi Kühn həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi - ANAMA və Qarabağın minalardan təmizlənməsi, eləcə də minalardan təmizlənmiş torpaqların üzüm bağlarına çevrilməsi ilə bağlı bu yaxınlarda memorandum imzaladığı Beynəlxalq Avrasiya Mətbuat Fondunu qeyd edib.