Şuşada yeni su anbarı YARADILIR

Cəmiyyət 15:12 14.04.2022

“Azərsu” ASC Şuşada əhalinin suya tələbatının ödənilməsi üçün iki mənbədən su verir.

Bunu “Report”a açıqlamasında “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu mənbələrdən biri Zarıslı, digəri isə Kirs su mənbələrindən su ilə təmin edilir:

“Hazırda Şuşada davam edən abadlıq-quruculuq işlərini nəzərə aldıqda orada əlavə su tələbatı yaranır. Yay aylarında əlavə su tələbatını qarşılamaq üçün “Azərsu” Şuşa şəhərində müvəqqəti su anbarı yaradır və ən qısa zamanda nasos stansiyası inşa edilərək Şuşaya əlavə su gətiriləcək”.

O bildirib ki, bu su anbarı Zarıslı çayının üzərində qurulacaq ki, bu da Şuşanın dayanıqlı su təminatına böyük töhfə verəcək.

C.Məmmədovun fikrincə, ötən il Ağdam rayonunda su mənbəyinin müəyyən olunması ilə bağlı tədqiqat işlərinə başlanılıb:

“Ağdamda iki ədəd kəşfiyyat quyusu qazılıb, bu quyuların tədqiqatları aparılıb. Bu tədqiqatların nəticəsi artıq əsas verib deyək ki, bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq”.

“Azərsu” rəsmisi qeyd edib ki, hazırda Füzuli və Cəbrayıl şəhərləri ilə bağlı layihələndirmə işlərinə başlanılıb:

“Bilirsiniz ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərlərin Baş planları təsdiq edilir və bundan sonra “Azərsu” layihə işlərinə başlaya bilir. Hazırda isə yalnız Ağdam, Füzulinin Baş planları təsdiq edilib. “Azərsu” isə Füzuli və Ağdamın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işçi layihələrinin hazırlanmasına başlayıb. Zəngilan, Qubadlı və digər işğaldan azad edilmiş ərazilərin Baş planları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənərək “Azərsu” ASC-yə göndəriləcək. Bundan sonra isə bu rayonlarda da layihələrin icrasına başlanıla bilər. Ancaq hazırda bu ərazilərdə mövcud su mənbələrinin müəyyən edilməsi ilə bağlı araşdırma işləri aparılır”.

İşğaldan azad olunmuş ərazilərdə hansı çayların suyundan içməli su kimi istifadə olunacağına gəldikdə isə mütəxəssis bildirir ki, onu tədqiqatlar göstərəcək. O deyir ki, məsələn, Ağdamda ancaq yeraltı sulardan və subartezian sularından istifadə ediləcək:

“Bir daha təkrarlayım ki, Şuşada Zarıslı və Kirs çayının mənbələrindən istifadə ediləcək. Tədqiqatlar göstərir ki, Kəlbəcərdə isə yerüstü çaylardan istifadə ediləcək. Ancaq hələlik bu tədqiqatlar tam yekunlaşmayıb. Yekun qərar olmadığı üçün nəsə demək çətindir”.

C.Məmmədov vurğulayıb ki, azad olunmuş ərazilərdə həm yeraltı, həm də yerüstü sulardan içməli su kimi istifadə olunacaq:

“Bu ərazilər həm yeraltı, həm də yerüstü sular baxımından münbit ərazilərimizdir”.

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Hamısı