Xəbər verdiyimiz kimi, bu gün Şuşa şəhərində “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfrans iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Ednews xəbər verir ki, onlar hava limanı ilə tanış olub.
Qonaqlar “Zəfər yolu” ilə Şuşaya yola düşüb.
Şuşada keçiriləcək toplantıda Prezidentin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, BMTM sədri Fərid Şəfiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər şəxslər iştirak edəcək.