Əmək müqaviləsiz İŞƏGÖTÜRƏNLƏR 7 ilədək azadlıqdan məhrum edilə bilərsiz... – Hüquqi İZAH

Cəmiyyət 11:30 28.04.2022
İşçini əmək müqaviləsiz işə götürənləri 7 ilədək azadlıqdan məhrumetmə gözləyir. 
 
Heç kəsə sirr deyil ki, Azərbaycanda əmək müqaviləsi olmadan işləyən insanlar var. Bu işçilərin hüquqlarının pozulması və işəgötürənlərin məsuliyyətə cəlb olunması ilə nəticələnir.
 
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov bildirib ki, hələ əmək müqaviləsi olmadan müvafiq işlərin görülməsinə cəlb edilən işçilər də var.
 
Onun sözlərinə görə, həmin işçi lazımi sosial hüquqlardan məhrum olur: “Ona görə də işəgötürən və işçi mütləq şəkildə əmək müqaviləsinin bağlanmasında maraqlı olmalıdırlar. Əmək müvaqiləsi mütləqdir”.
 
Hüquqşünas Əsabəli Mustafayev Ednews-a açıqlaması zamanı bildirib ki, Azərbaycan qanunvericiliyində əmək müaviləsi bağlamadan şəxslərin əməyindən istifadə edərək işlətməyə görə məsuliyyət nəzərdə tutulub.
 
 
“İlkin olaraq, İnzibati Xətalar Məcəllləsinin 192.1-ci maddəsinə görə, əmək müqaviləsi hüquqi qüvvəyə minməyibsə, yəni sistemə otuzdurulmayıbsa, fiziki şəxslər 1000-2000 manat, vəzifəli şəxslər 3000-5000 manat, hüquqi şəxslər isə 20 000-25 000 manata qədər məbləğdə cərimə oluna bilərlər. Əgər bu il ərzində təkrar olunursa hər dəfə bu məbləğ iki dəfə artır”. 
 
Hüquqşünas bildirib ki, əmək müqaviləsi bağlamadan əməyindən istifadə olunan işçilərin sayı 10 nəfərdən artıqdırsa o artıq Cinayət məcəlləsinə düşür.
 
“Cinayət məcəlləsinin 162.1-ci maddəsinə görə əmək müqaviləsi  hüquqi qüvvəyə minməyibsə 7000-10 000 manata qədər cərimə nəzərdə tutulub, eləcə də 2 ilədək azadlığın məhdudlaşdırılması və ya məhrum edilmə ilə cəzalandırıla bilərlər. İlk dəfə olduqda əmək müqaviləsi bağlanmayan şəxslə əmək müqaviləsi bağlansa və əməyindən istifadə etdiyi aylar üçün vergiləri və DSMF-ni ödəsə cinayət məsuliyyətindən azad edilə bilər. Ancaq bu hal təkrarlanarsa 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.
 
Əsabəli Mustafayev xidməti müqavilələr haqqında da danışıb. Bildirib ki, hökumət bu cür müqavilələrin geniş yayılmasının qarşısının alınması və mümkün qədər əmək müqavilələrinin bağlanması üçün tədbirlər görür. 
 
“Xidməti müqavilələr VÖEN-i olan, yəni sahibkar şəxslərlə bağlana bilər və bu zaman həmin şəxslər rüblük hesabat verirlər. Onlar hansı regionda olmasından asılı olaraq 60-70 manat həcmində DSMF və aldıqları maaşların 5 %-i həcmində gəlir vergisi ödəyirlər. Dövlət qurumları nəzarət edir ki, əmək müqaviləsi tətbiq olunmalı yerdə xidmət müqaviləsindən istifadə olunmasın. Çünki o zaman məcburi tutmaların məbləği az olur. Əmək müqaviləsində bu məbləğ bütövlükdə 25 faizdir, amma vergi ödənilmir. Ona görə işəgötürənlər vergidən yayınmaq üçün çalışırlar ki, xidmət müqaviləsindən istifadə etsinlər”. 
 
Ekspertin sözlərinə görə, əgər bu hər ay ödənilirsə bu artıq əmək müqaviləsi kimi qiymətəndirilə bilər. 
 
“Bu zaman tələb oluna bilər ki, əmək müqaviləsinə dəyişdirilsin. Əmək müqaviləsinin işçiyə xeyri odur ki, onun pensiya kapitalı yaranır. İşə götürən əmək şəraitinə, əməyin mühafizəsinə görə məsuliyyət daşıyır. Ancaq xidmət müqaviləsində belə məsuliyyət yoxdur. Yaxın zamanda yaradıcı və bənzər sahələrdə saxlanılmaq şərtilə xidməti müqavilələrinin böyük bir faizi ləğv oluna bilər”.
 
O, əlavə edib ki, bir şəxslə bir neçə əmək müqaviləsi bağlana bilər.
 
“Məsələn işçi yarımştat, qısaldılmış iş günləri ilə işləyə bilər. Amma onların hər biri ilə əmək müqaviləsi bağlanmalı, sistemə yerləşdirilməli, həftəlik, aylıq iş günlərinin sayı normanı aşmamalıdır. Həftəlik iş norması 40 saatdır. Gündəlik iş saatları 8 saatdan artıq olarsa, hər gün eyni intensivlikdə işləyərsə bu, şəxsin həyatı və səhhətinə təhlükə yarana bilər”. 
 
Qeyd edək ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında əmək münasibətlərini əks etdirən yazılı müqavilədir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin (kontraktı)  tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Həmçinin tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli olur.
 
Gülnar Səlimova
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Hamısı