19 mindən çox şagird üçün buraxılış imtahanı keçirildi YENİLƏNİB

Cəmiyyət 15:44 01.05.2022
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib.
 
Ednews DİM-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, eləcə də Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.Çilov adasında yerləşən 131 nömrəli məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib. İmtahanda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib.
 
Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.
 
Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1494 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 1883 nəzarətçi-müəllim, 168 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.
 
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.  
 
*10:57
 
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
 
Ednews xəbər verir ki, Çilov adasında yerləşən 131 nömrəli  məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
 
İmtahanda 19 278 şagirdin iştirakı nəzərdə tutulur.
 
İmtahanda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
 
İmtahan saat 11:00-da başlanır.
 
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
 
- İmtahana buraxılış vərəqəsi;
 
-  Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
 
-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:
 
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
 
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
 
-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
 
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1 494 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 1 883 nəzarətçi-müəllim, 168 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.
 
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar -FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Hamısı