Jurnalisti hədələyən şəxs necə cəzalandırılmalıdır? Müşfiq Ələsgərlidən TƏFƏRRÜAT

Cəmiyyət 14:07 09.05.2022

Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması cəmiyyət arasında rezonans doğurub. Hazırda sosial şəbəkə istifadəçiləri jurnalistə edilən hərəkəti pisləyir və tez zamanda haqqın öz yerini tapacağına ümid edirlər. 

Ümumiyyətlə, jurnalistlərə qarşı edilən təhqir və təhdidlər, hücumlar  qanunla necə tənzimlənir? Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, bu ən kəskin qanun pozuntusudur. 

“Aytən Məmmədova məhkəmə prosesləri barədə informasiyalar, reportajlar hazırlayan jurnalistlər sırasında tanınmış imza sahiblərindəndir. Bir peşəkar olaraq ixtisaslaşdığı sahənin prinsiplərini, həmçinin, təhlükəsizlik qaydalarını yaxşı bilir. Belə bir jurnalistin  təhdid edilməsi, yaşadığı binaya qədər izlənilib boğazına bıçaq dirənilməsi, məhkəmələrdən yazı yazmamağının  tələb edilməsi ciddi  qanun pozuntusudur,  ən kəskin formada pislənilməlidir. Azərbaycan Konstitutsiyası, “Media haqqında” qanun, “Məlumat azadlığı haqqında” qanun, “İnformasiya əldə etmək haqqında” qanun və digər hüquqi aktlar ölkədə jurnalistin fəaliyyətinə ən yüksək formada təminat verir".  

O, həmçinin qeyd edib ki, bu hadisə həm jurnalistə, həm də ölkəmizə qarşı törədilən ciddi təxribat əməlidir.

“Azərbaycan dövləti və hökuməti medianın azad fəaliyyəti, jurnalistlərin sərbəst davranışı üçün hər cürə şərait yaradıb. Belə bir şəraitdə ölkədə hansısa peşəkar jurnalistin ölümlə hədələnməsi bir tərəfdən qanunların pozulmasıdır. Digər tərəfdən isə, həm  jurnalistə, həm də  ümumilikdə ölkəmizə qarşı ciddi təxribat əməlidir. Bu hadisə kriminal hadisə müstəvisində araşdırılmaqla yanaşı, həm də ümumilkdə ölkəmizə qarşı təxribat törədilməsi cəhdi kimi  tədqiq edilməlidir. Görünür kimlərsə Azərbaycanın adının “jurnalistlərə qarşı təhlükə olan” ölkələr siyahısına qatmaq, beynəlxalq hesabatlarda tənqid etdirmək istəyir. Bu baxımdan məsələ ən müxtəlif kontekstlərdən araşdırılmalıdır”.  

Aydın məsələdir ki, araşdırma yazılarında müəllif cəmiyyətə mütləq yeni faktlar təqdim etməli, tədqiq etdiyi sahə ilə bağlı "sirr pərdəsi”ni ortadan qaldırmalıdır. Jurnalist prisiplərinə uyğun olaraq düzgün və qərəzsiz yazıları mətbuata çatdırmalıdır. Təəssüflər olsun ki, indi ölkədaxili problemləri araşdırmaq özü də bir problemdir. Ya jurnalistin təhlükəsizliyinə ya da başqa məqamlara... Bəs bu kimi xoşagəlməz hallar baş verərsə jurnalist nə etməlidir? Başqa cür ona necə dəstək verilməlidir?  M.Ələsgərli bu fikrə də münasibət bildirib.

“Beynəlxalq təlimatlarda bu barədə çox aydın təsəvvür formalaşdırılır. Təhdid, təhlükə ilə üzləşən jurnalist öncəliklə çalışdığı redaksiyaya, həmkarlarına, jurnalist təşkilatlarına və hüquq-mühafizə orqanlarına xəbər verməlidir. Məsələnin ictimailəşməsi müdafiəni təşkil etmək üçün ən yaxşı vasitədir. Bu baxımdan Aytən Məmmədova düzgün hərəkət edib. Həm hüquq-mühafizə orqanlarına, həm də jurnalist təşkilatlarına xəbər verib. Jurnalist ictimaiyyətinin borcudur ki, onunla həmrəylik göstərsin, cinayətkarın tapılıb cəzalandırılmasına çalışsın”.  

Qeyd edək ki, hadisə may ayının 8-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokda baş verib. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə minən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib. Aytən Məmmədova son vaxtlar əsasən Tovuzda baş verən "Nərmin cinayəti" ilə bağlı keçirilən məhkəmə proseslərindən yazıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Ləman Abbaslı

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı