Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Ednews xəbər verir k, xidmət rəsmisi Bəhruz Məhəmmədov ərazinin regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənərək rayon poliqonuna daşındığını bildirib.
B.Məhəmmədov havaların istiləşməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar tullantıların idarə olunmasında səylərin birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün çağırış edib:
“Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə laqeyd münasibət hələ də var. Bilməliyik ki, atdığımız tullantı həcmindən asılı olmayaraq geriyə, özümüzə qayıdır, çayları, dənizi bərbad edir. Yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”.