Bakı Şəhərinin məktəblərində çalışan müəllimlərin fənlər üzrə sayı açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov facebook sosial media hesabında məlumat paylaşıb.
Məlumata nəzər saldıqda ortaya maraqlı bir nüans çıxır. Statistikaya görə, Bakı şəhəri üzrə inglis dili müəllimlərinin sayı, Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin nəzərə çarpacaq dərəcədə çoxdur. Müəllimlər arasınd fərq 100-ə yaxındır.
Maraqlıdır, buna səbəbi nədir? Tədris Azərbaycan dilində aparılırsa da hansı səbəbə görə inglis dili müəllimlərinin sayı üstünlük təşkil edir?
Məsələ ilə bağlı Kamran Əsədovun Ednews-a açıqlamasında bildirib ki, bu fənlərin keçirilməsi siniflərə görədir.
“İnglis dili müəllimləri 1-11-ci siniflərə dərs deyirlər. Onların sayının çoxluğu xüsusilə ibtidai siniflərə də dərslərin keçirilməsi ilə bağlıdır. Yəni, ibtidai siniflərə inglis dili dərsini başqa müəllim deyil, inglis dili müəllimi tədris edir. Amma Azərbaycan dli, ədəbiyyat müəllimləri 5-11-ci siniflərə dərs deyir. Məhz bu amil də onların sayında belə fərq yaradır”
Ləman Abbaslı