“Dövlət büdcəsində neftin bir bareli 50 dollar həddində hesablanıb. Ötən il üçün isə bu 45 dollar təşkil edirdi. Lakin bu günün reallıqları bir qədər fərqlidir”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elman Nəsirov səsləndirib.
Deputat qeyd edib ki, dövlət büdcəsində neft qiymətlərinə yenidən baxılmasına ehtiyac var:
“Xüsusilə də, Çində pandemiya ilə bağlı yumşalmaların getməsi, daha vacibi Rusiya-Ukrayna münaqiçəsi və onun dünya neft bazarına təsiri ilə qiymətlər kəskin artıb. “Brent” markalı neftin qiyməti artıq 123 dollardır. Belə olan vəziyyətdə hesab edirəm ki, dövlət büdcəsində neftin qiyməti ilə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac var”.