Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiya keçirilir - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiya keçirilir

Cəmiyyət A- A A+

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 4-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirilir.

Ednews xəbər verir ki, sessiyada 100-dən çox yerli və xarici nümayəndə iştirak edir.

Əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub oxunub.

“Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf, BP-nin Regional prezidenti Qəri Counz, “TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin, “ACWA Power” şirkətinin investisiya direktoru Klayv Törtn iştirak edirlər.

Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Daha sonra Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələri, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...