Sahib Alıyev: “UNESCO-dan obyektivlik görməmişik, erməni lobbisinin təsiri altındadır”

Cəmiyyət 11:09 05.06.2022

“ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatının əhatəliliyi ilə fərqlənmədiyi ilk dəfə deyil”.

Ednews APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev bildirib.

Sahib Alıyev deyib ki, əgər söhbət bütün dinlərə eyni cür yanaşmadan, dini ayrı-seçkiliyə yol verməməkdən gedirsə, dini azadlıqlar sahəsindəki vəziyyətlə bağlı hesabat hazırlamağa ABŞ-la müqayisədə Azərbaycanın daha çox mənəvi haqqı var: “Amma reallıq budur ki, dini azadlıqlarla bağlı hesabatı ABŞ Dövlət Departamenti hazırlayır. Dövlət Departamentində hesabatı hazırlayan struktur həm azərbaycanlıların Ermənistandakı dini abidələriylə bağlı vəziyyətin necə olduğunu, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hayların bizim dini abidələrə qarşı necə vəhşiliklər törətdiklərini çox yaxşı bilirlər. Bu barədə onlarda bütün faktlar var. Amma həmişə olduğu kimi bu məsələ də dəqiq qiymətləndirmə onların marağında deyil. Çünki çox təəssüf ki, onlar qarşı tərəfi yenə də fərqləndirməyə çalışırlar. Bunun da iki səbəbi var. Birinci səbəbi budur ki, onlar da gələcəkdə bu vəhşilikləri törədənlərdən geosiyasi alət kimi faydalanmaq istəyir. İkinci səbəb odur ki, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında torpaqlarımızın işğalı ilə başlayan münaqişəyə sivilizasiyalararası münaqişə nöqteyi-nəzərindən yanaşırlar və Ermənistanı öz sivilizasiyalarının bir hissəsi hesab edirlər. Bu baxımdan belə ayrı-seçkiliyə yol verirlər”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini UNESCO-nun ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni, dini abidələrinin dağıdılmasına laqeyd münasibət bəslənməsinə də diqqət çəkib:
 
“Azərbaycan torpaqlarımızın işğal altında olduğu dövrdə UNESCO-ya dəfələrlə müraciət edib ki, bu ərazilərdəki tarixi-mədəni, dini abidələrin vəziyyəti ilə bağlı missiya həyata keçirsin, bununla bağlı hesabat hazırlasın. UNESCO-nun da cavabı bu olub ki, bu, siyasi məsələdir, bunu edə bilmərik. Amma Azərbaycan torpaqlarını azad edən anda UNESCO haray-həşir qopararaq bu ərazilərdə xristian dini abidələrinin gələcəyinin təhlükə altında olduğun vurğuladı və həmin ərazilərə missiya göndərmək niyyətini ifadə etdi. Azərbaycan isə tələb etdi ki, missiya olsun, amma bu missiya azad edilmiş ərazilərimizdə, o cümlədən Ermənistanda Azərbaycan məxsus tarixi-mədəni, dini abidələrin vəziyyətini də araşdırsın. Amma UNESCO bu missiyanı göndərmədi. Bunun da iki səbəbi var.
 
Birincisi, böyük güclər arasında qeyri-rəsmi bölgüyə əsasən uzun müddətdir ki, UNESCO-nun hansı dövlətin nəzarətində olduğu və hansı dövlətin diktəsi ilə hərəkət etdiyi də heç kəs üçün sirr deyil. İndi UNESCO-nun Baş direktoru olan Odri Azule də məhz Fransanın keçmiş mədəniyyət naziridir. Birinci, elə bu səbəbdən UNESCO-nun fəaliyyətində obyektivlik görməmişik, görmürük və görməyəcəyik də.
 
İkincisi, Odri Azulenin kimliyi də çox şeydən xəbər verir. Bu yaxınlarda KİV-lərdə Odri Azulenin UNESCO-nun vəsaitlərini özünün və ailəsinin təminatı üçün xərclədiyi haqda xeyli yazılar işıq üzü görmüş, onunla bağlı çoxlu sayda ittihamlar irəli sürülmüşdü. Heç kimə sirr deyil ki, Qərbdəki bir qrup siyasətçi, məmur məhz Qərbdəki erməni lobbisinin təsiri altındadır. Bu təsir də maliyyəyə bağlıdır. Təbii ki, bu da öz rolunu oynayır. Bəs Azərbaycan nə etməlidir ki, bu məsələlərlə bağlı obyektivlik təmin olunsun? Azərbaycan bu yöndə nə lazımdırsa, edir”.

Sahib Alıyev nəzərə çatdırıb ki, Azərbaycan dəfələrlə diplomatik kanallarla həm hesabatların qərəzli hazırlandığı, həm UNESCO-nun fəaliyyətsizliyi, tərəfkeşliyi və obyektivlikdən uzaq olduğunu diqqətə çatdırıb: “Bu, parlament diplomatiyası səviyyəsində də dəfələrlə səsləndirilib. İşğaldan azad olunan ərazilərə xarici ölkə səfirlərinin davamlı səfərləri sıradan səfərlər deyil.

Bir çox hallarda bu səfərlərdə erməni barbarlığına, vəhşiliyinə göz yummaq istəyənlərə göstərilir ki, baxın, dəstəklədiyiniz, havadarlıq etdiklərinizin vəhşiliklərini görün. Bunların hamısı ilə bağlı videoçəkilişlər aparılaraq arxivləşdirilir və müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə nümayiş olunur. Bu yöndə siyasət gələcəkdə də davam etdirilməlidir və davam etdiriləcək”.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı