Paytaxtın 20 məktəbinin İnkişaf Planı hazırlandı - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Paytaxtın 20 məktəbinin İnkişaf Planı hazırlandı

Cəmiyyət A- A A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planı hazırlanıb.

Ednews xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. 

Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.
Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...