10-12 iyun tarixlərində keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinə II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar.
Möhtəşəm Bakı yarışını izləmək üçün Vətən müharibəsinin şəhid və qazi ailələrinə Bakı Şəhər Halqasından (BŞH) layihə kimi pulsuz bilet təqdim edilib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyiblər.
Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula 1”-ə tamaşa etməsi planlaşdırılır. Artıq qran-prinin ilk günündə onlardan bir çoxu yarışları tribunadan canlı izləyiblər.
44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.