”Telegram”da icazəsiz paylaşılan görüntüləri yayanları hansı cəza gözləyir? HƏLL YOLLARI

Cəmiyyət 17:15 13.06.2022

Son dövrlər ”Telegram” kanallarından insanların intim görüntüləri, pornoqrafiya, şantaj videoları sərbəst şəkildə yayılır. Gizli kamera ilə çəkilən görüntülər rahat şəkildə, heç bir senzuraya uğramayan videolar kanallarda geniş auditoriyaya təqdim olunur.

Həmçinin bu görüntülər insanların icazəsi, xəbərləri olmadan paylaşılır. Hətta bu zaman müəyyən başlıqlarla keçid linki yerləşdirilir ki, onun vasitəsilə pornoqrafiq saytlara daxil olaraq öz seçimimizdən asılı olmayaraq belə görüntüləri izləmək məcburiyyətində qalırıq. “Telegram” bir növ təhlükəsizlik adı ilə bizlərə əxlaqasızlıq təklif edir. 

Bəs bu kimi kanallara necə dur deyək? Ümumiyyətlə bunun həlli yolu varmı? 

Ednews-a danışan IT mütəxəssisi Elvin Abbasov deyir ki, bu kimi böyük şirkətlər digər ölkələrdə rəsmi ofislərini açmır. Onun sözlərinə görə bunun da müəyyən səbəbləri var.

“Beynəlxalq şirkətlər hansı ölkənin qeydiyyatındadırsa, həmin ölkənin qanunvericiliyinə əsaslanır. Əgər digər ölkələrdə onların rəsmi ofisi olsa həmin ölkənin qanunları çərçivəsində hərəkət edəcəklər. Onların Azərbaycanda rəsmi ofisi yoxdur deyə, teleqram kimi proqramlar özlərinin qanunvericiliyi əsasında həll edilir. Azərbaycanda ofislərini açmadıqları müddətcə, biz ancaq şikayət bölməsinə daxil olub şərhimizi şikayət kimi yaza bilərik. Məsələn: Məndən icazəsiz mənim videolarımı, şəkillərimi paylaşıb və s. Sonrası isə artıq teleqramın rəsmi ofisindən idarə edilir. Şikayətiniz məqbul hesab edildikdən sonra müəyyən addımlar atırlar”. 

Qeyd edək ki, telegram Rusiya tərəfindən yaradılıb və hazırda Windows şirkəti tərəfindən idarə hüququna malikdir. Onu da qeyd edək ki, digər sosial şəbəkələrdə müəyyən kateqoriyaya məxsus şəkil, videolar bizim icazəmizdən sonra açılır. Ancaq telegramda bu tətbiq yoxdur. 

Sosioloq Lalə Mehranlı hesab edir ki, sosial şəbəkələrdə uşaq və yeniyetmələr kifayət qədər aktivdirlər. Onların qarşısına belə pornoqrafiq şəkil, videoların çıxması cəmiyyətimiz üçün təsirləri böyükdür.

“Bu cür hallar cinayət məcəlləsi ilə tənzimənməlidir. Çünki həmin şəxslər məsuliyyətlərinin fərqində deyillər. Təəssüf ki, əhalinin bununla bağlı az da olsa məlumatı yoxdur. Bu səbəbə kim nə görür, kim nə ilə rastlaşır yaxşı, pis çəkib belə kanallarda yayımlayır. O ki qaldı pornoqrafiq çəkilişlərə bu tamamilə arzuolunmazdır. Həmin şəxslərlə bağlı ölçü götürülməlidir. Bilirsiz ki, belə saytlar birbaşa olaraq açılır, bizə heç bir seçim haqqı vermir. Hazırda yeniyetmələr, uşaqlar istər-istəməz sosial şəbəkədə aktivdirlər. Onların qarşısına belə video, şəkillərin çıxması həm özlərinə, həm də ətrafına pis təsir edə bilər. Çox ağlamalı vəziyyətdir”.

Müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadənin artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qanunsuz halların baş verməsinə gətirib çıxarır. Bunun isə fəsadları bir çox hallarda ağır olur. Kiminsə icazəsi olmadan onun şəkil və ya videosunu çəkib soaial şəbəkələrdə paylaşmaq həm hüquqi, həm də insani cəhətdən qadağandır. 

Cinayət məcəlləsinə isə gəlincə…

Hüquqşünas Əkrəm Hüseynovun sözlərinə görə, belə halların qarşısı yalnız bloklama əməliyyatı vasitəsilə alına bilər.

“Hər bir halda belə saytları və kanalları bloklamaq lazımdır. O ki qaldı kiminsə özəl həyatını sosial şəbəkələrdə paylaşmağa bu böyük cinayətdir. Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ləman Abbaslı

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı