Bakıda yaşayış binasında liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub.
Qeyd edək ki, 1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.
3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub.
***
Bakıda binada liftin qırılması nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub. 1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.
Xatırladaq ki, dünən saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7" MTK-nın tikdiyi çoxmərtəbəli binada lift qırılıb. Nəticədə liftdə olan 4 qadın və 2 azyaşlı xəsarət alıb.