Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə ÇAĞIRIŞ

Cəmiyyət 09:21 12.07.2022

Biçindən dərhal sonra sonra payızlıq əkin üçün müəyyən hazırlıq işləri görülməlidir, fermerlər biçindən dərhal sonra yay şumunun aparılmasını vacib əməliyyat hesab etməlidirlər.

Ednews xəbər verir ki,bunu Report-a Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, fermerlər bu istiqamətdə işlərini təşkil etməlidirlər: 

“Aqrotexniki əməliyyatlar içərisində ən vacib əməliyyat yay şumun aparılmasıdır, bölgələrdən və torpaq iqlim şəraitindən aslı olaraq dərin şum aparılması da bura daxildir. Şumlamanın aparılmasının vaxtı müəyyənləşməlidir. Şumlama ona görə dərhal biçindən sonra aparılmalıdır ki, bitki biçiləndən sonra torpaqda nəmlik qorunub, saxlanılır. Biz həmin torpağı anında şumlamasaq günəşin şüalarının təsirindən, tempraturdan nəmlik itir. Nəmlik itəndən sonra kotan ərazini şumlamaqda çətinlik çəkir. Bu isə həm əlavə enerji və yanacaq deməkdir. Biçindən dərhal sonra şumlayanda traktor 20 litr yanacaq yandırırsa, şumlamanın vaxtını uzadanda isə bu, 25 -30 litr yanacaq sərfiyyatı deməkdir”.

İ.Cümşüdov qeyd edib ki, torpaqlar ağır mexaniki torpaqlardırsa, həmin torpaqlarda dərin şumun aparılması tövsiyə edilir: 

"Eyni zamanda, iki -üç ildən bir yumşaldıcı aqreqatla torpağın dərininə yumşaldılması tövsiyə edilir ki, bitkinin kök sistemi torpağa yaxşı nüfuz edə bilsin, yağışlar torpağa hopa bilsin. Əgər torpaqda şumlama aparılmırsa, əlbəttə ki, bitkinin kök sistemi dərininə inkişaf edə bilmir və müəyyən maneələr yaradır.

Eyni zamanda, suyu da akkumlyasiya edə bilmir, hava, su rejimi normal qaydada olmadığına görə, bitki normal böyüyə bilmir. Bu da məhsuldarlığa təsir edir. Amma yüngül tipli torpaqlarda şumun aparılmasına ehtiyac yoxdur. Şumu əvəz edən yüngül becərmə ilə, yəni diskli ağır mala ilə becərmə aparmaq olar”.
O, torpağın dincə qoyulmasına münasibət bildirib:

"Suvarma bölgəsində torpaqların dincə qoyulmasının əleyhinəyik. Biz torpaqdan maksimum dərəcədə səmərəli istifadə etməliyik. Çalışmalıyıq ki, bir təsərrüfat ilində bir sahədən bir-iki, hətta üçüncü məhsul götürək. Amma biz həmin torpağı dincə qoyuruqsa deməli bir il ərzində biz həmin torpaqdan istifadə etmirik. Bizim dəmyə bölgələrimiz var. Dəmyə bölgələrimizdə kənd təsərrüfatı sahəsi yağmurun miqdarından aslıdır. Ona görə də, quraq dəmyə bölgələrimizdə bir ildən bir torpaq dincə qoyulur. Torpağın dincə qoymağın mahiyyəti ondan ibarətdir ki, yağış torpaqda akkumlyasiya olsun. Ümumiyyətlə, dincə qoyulmuş sahə becərilməlidir”.

Xatırladaq ki, bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177 725 hektar sahədə yay şumu aparılıb.

Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 %-ini, biçin başa çatmış ərazilərin isə 35,12 %-ini təşkil edir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Hamısı