İntiharları niyə bu qədər təbliğ edirik? İP sevdası ilə məhv olunan həyatlar

Cəmiyyət 10:00 15.07.2022
İntihar... Bu söz son günlərdə hər kəsin eşitdiyi və müzakirə etdiyi bir ifadədir. İntiharların sosial şəbəkələrdə bu qədər çox müzakirə olunması ona yoluxucu effekti verir. İnsanların  psixologiyasına aktiv şəkildə media və sosial şəbəkələr təsir edir. Bu tendensiya intihar mövzusunda da aydın şəkildə görünür. 
 
Son zamanlar demək olar ki, sosial media və mətbuat vasitəsilə intiharların geniş təbliğatı aparılır. Bu isə insanlarda bir növ bu mənfi vərdişə meyillilik yaradır. 
 
Psixologiyada bu problem “Verter fenomeni” adlanır. Medianın insanlara təsiri haqqında Ednews-a psixoloq Fərqanə Mehmanqızı danışıb.
 
Psixoloq arıtq 2 -3 aydır jurnalistlərə intihar mövzusu ilə bağlı danışmadığını bildirib. Bunun səbəbi isə elə mediada yazılan yazıların təlqin olunmasıdır. 
 
“Bu artıq xəbərdən çıxıb təlqin olunmağa başlayıb. Problemlərdən çıxış yolunu tapa bilməyən insanlar üçün hazır verilmiş variantdır. İntihar elə problemdən çıx”.
 
 Fərqanə Mehmanqızı deyir ki, psixoloji vəziyyəti yaxşı olmuyan insanlara belə xəbərlər təsir edir. Həmçinin onların beynində intihara meyilli hissəni qıcıqlandırır. 
 
“Hazırda intihar statistikasında hər cür insana rast gəlmək mümkündür. İstər qadınlar, yeniyetmələr, ahıl insanlar, istərsə də üç körpə uşaq anası. Bu cür yazılara son qoyulmalıdır”.
 
Psixoloq intihar xəbərləri yazarkən özünəqəsdin yalnış bir fikir olduğunu vurğulamaq lazım oluğunu deyir. Onun sözlərinə görə, cəmiyyətin psixoloji mariflənməyə ehtiyacı var. 
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "İntiharların qarşısının alınması: media mütəxəssisləri üçün resurs" adlı məqaləsində mediada intihar xəbərlərinin dərc olunması ilə bağlı məsləhətlər var.
1. İntihar mövzuları manşetə qoyulmamalıdır. Bu tip mövzular davamlı təkrarlanmamalıdır.
 
2. İntiharın detalları barədə xəbərdə danışılmamalıdır. Əgər intihar üsulu təfərrüatıyla izah edilərsə, həm insanları istiqamətləndirmiş olar, həm də oxşar hadisələrdə yaxınlarını itirənlər üçün travma yarada bilər.
 
3. İntihar xəbərlərini sensassiyaya çevirmək və ya əksinə, onu normallaşdırmaq olmaz.
 
4. Jurnalist intihara görə məsuliyyət daşıyan cinayətkar yaratmamalıdır.
 
5. Şəxsin harda intihar etməsilə bağlı detallı məlumat verməkdən çəkinmək lazımdır.
 
6. İntiharla əlaqəli foto və videolardan, sosial media linklərindən istifadə etmək olmaz.
 
Azərbaycan mediası bu qaydalara nə qədər əməl edir?
 
Çox təəssüfki, mütəmadi olaraq mediada “Bakıda ŞOK OLAY: özünü polis bölməsindən yerə atdı”, “Azərbaycanda dəhşətli İNTİHAR: kişi boğazını kəsdi”, “Rayon sakini ailəsinə ŞOK YAŞATDI: Özünü asdı” başlıqları altında xəbərlərlə üzləşirik. Unutmamalıyıq ki, hadisələrin təfərrüatını belə xırda detallarla təsvir edib, hansısa intihar edənə özünü öldürmək üçün yeni ideayalar vermiş oluruq.
 
2003-cü il Mətbuat Şurasının qəbul etdiyi etik davranış qaydaların da bildirilir ki, intihar hadisələri yoluxucu olduğu üçün buna dair informasiyalarda hadisənin özünü yox, onun mənfi təsirlərini qabartmaq lazımdır. Bütün araşdırmalar göstərir ki, intihar xəbərlərinin təsvirini verdikdən sonra ona bənzər hadisələr artır.
 
Aliyə İlyas
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Hamısı