"Moskva Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda qalmasını dəstəkləyir".
“EDnews” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Dmitri Peskovun açıqlamasında vurğulanıb ki, Azərbaycanla Rusiya arasında istənilən məsələlər konstruktiv şəkildə, dialoq əsasında tənzimlənməlidir:
“Rusiyanın diplomatik nümayəndələri Azərbaycan tərəfi ilə daimi əlaqədədir və saxlanılan Rusiya vətəndaşlarının hüquqlarını müdafiə edirlər. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və baş prokuror İqor Krasnov Azərbaycanın baş prokuroru ilə əlaqə saxlayır.”