İsrail Müdafiə Ordusu (SAXAL) Suriyada bir neçə silahlı radikal şəxsi saxlayıb.
“EDnews” xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxslərin İran Silahlı Qüvvələrinin elit birləşməsi olan "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələri ilə əlaqəsi var.
"Kəşfiyyat məlumatlarına əsasən, Tel-Kudna bölgəsində İranın "Əl-Qüds" qüvvələrinin rəhbərliyi altında fəaliyyət göstərən dəstə gecə saatlarında keçirilən əməliyyat nəticəsində saxlanılıb", - deyə açıqlamada bildirilir.
SAXAL əlavə edib ki, İsrail əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Suriyada hər hansı terror təşkilatının möhkəmlənməsinin qarşısını almaq istiqamətində əməliyyatlar davam etdirilir.