Daha bir qrup şəhid ailəsi üzvü müalicə mərkəzlərinə yola salındı - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Daha bir qrup şəhid ailəsi üzvü müalicə mərkəzlərinə yola salındı

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 57 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
 
Bu barədə Ednews-a Nazirlikdən məlumat verilib.  
 
Məlumatda qeyd olunur ki, onlar şəhid ailəsi üzvü və əlilliyi olan şəxslərdir.
 
18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər. 
 
Həmin şəxslər Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər. 
 
Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 5200-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.  
 
Onlardan 519 nəfəri qazi və şəhid ailəsi üzvləridir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...