Bu gündən etibarən yeni məktəbli formalarının satışına başlanılıb.
Ednews xəbər verir ki, formalar yalnız Bakı Tikiş Evində və “Bravo” marketlər şəbəkəsində satılacaq.
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimovun verdiyi məlumata görə, polo köynəklərin qiyməti 14 manat, şalvar və ətəklərin qiyməti isə 25 manatdır.