Paytaxtda qəza - Qəlibçi 9-cu mərtəbədən yıxılaraq öldü - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Paytaxtda qəza - Qəlibçi 9-cu mərtəbədən yıxılaraq öldü

Cəmiyyət A- A A+
Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
 
Bu barədə Ednews-a Xətai rayon prokurorluğundan məlumat verilib. 
 
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb. 
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...