Türkmənistanın yeni səfiri Şuşaya getdi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkmənistanın yeni səfiri Şuşaya getdi

Cəmiyyət A- A A+
Türkmənistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Şuşaya gedib.
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov tviter səhifəsində yazıb.
 
"Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib", - paylaşımda qeyd olunub.
 
Türkmənistanlı diplomat işğal dövründə Şuşanın tarixi-memarlıq abidələrinə vurulmuş ziyan barədə də məlumatlandırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...