Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Cəmiyyət A- A A+
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.
 
Müdafiə Nazirliyindən Ednews-a verilən xəbərə görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.
 
Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...