Şakidə qarğıdalı dənələri gəncin ölümünə səbəb oldub.
Ednews xəbər verir ki, 28 yaşlı Vüqar Mustafayev qarğıdalı yeyərkən dənələr onun nəfəs borusunda qalıb.
Şəki rayonunun Baş Zəyzid kənd sakini olan V.Mustafayev nişanlı olub. O, bu yaxınlarda toy edəcəkmiş.
Qohumlarının sözlərinə görə, evdə oturub televizora baxan zaman onun halı qəfil pisləşib. O, boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstənin ölümü mexaniki asfeksiya, kəskin tənəffüz çatışmamazlığı, ağ ciyər ödemi diaqnozundan baş verib.