Salyanda yol qəzası baş verib - Ölən var - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Salyanda yol qəzası baş verib - Ölən var

Cəmiyyət A- A A+
Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Ednews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
 
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
 
 
Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...