Şuşada hava monitorinqi cihazları quraşdırılacaq - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Şuşada hava monitorinqi cihazları quraşdırılacaq

Cəmiyyət A- A A+
Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şuşa şəhərində hava monitorinqi cihazları quraşdırılacaq.
 
Ednews xəbər verir ki, bunu  “Sumaks” şirkətinin rəhbəri Cavid Məmmədov deyib.
 
Onun sözlərinə görə, cihazlar artıq “ASAN xidmət”in Bakı və Sumqayıtda olan mərkəzlərində quraşdırılıb.
 
“Hazırda digər mərkəzlərdə də bu cihazların quraşdırılması işləri aparılır. Gələcəkdə isə Şuşa da daxil olmaqla, cihazların quraşdırılması regionlarda da aparılacaq”, - deyə Cavid Məmmədov əlavə edib.
 
Qeyd edək ki, havanın keyfiyyət göstəriciləri cihazda olan sensorlar vasitəsilə toplanaraq təhlil edilir və daha sonra serverə yönləndirilir. Cihaz vasitəsilə havanın temperaturu və rütubəti ilə yanaşı, havada olan CO¬2, CO, NO2, NH3, metan və azot qazının miqdarı ölçülür, O3 qazı təyin edilir.
 
Bununla yanaşı, cihaz vasitəsilə havada olan tozun və ətraf mühitdə olan səs-küyün səviyyəsini təyin edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...