Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri Füzuli və Şuşaya səfər ediblər

Cəmiyyət 15:40 03.10.2022
Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri Füzuli və Şuşaya səfər ediblər 
 
Ednews xəbər verir ki, ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlim proqramının iştirakçıları Füzuli və Şuşaya səfər ediblər. 
Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının Baş katiblərindən ibarət qrup əvvəlcə Füzuli şəhəri ərazisində yerləşən və işğal zamanı dağıntılara məruz qalan abidələr və şəhər mərkəzi ilə tanış olublar. Eyni zamanda, Füzulinin Merdinli kəndindəki məscidə səfər işğala məruz qalan ərazilərimizdə mədəni abidələrə qarşı törədilən  vandalizm aktları barədə ümumi təəsürat yaradıb. Daha sonra onlar mədəniyyət paytaxtımız olan Şuşada Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün abidələri də daxil olmaqla bir sıra tarixi-mədəni ərazilərə baş çəkiblər. 
Şuşada aparılan quruculuq işləri ilə yaxından tanış olan qonaqlar Gövhərağa məscidinin və digər abidələrin tarixi ilə bağlı məlumatlandırılıb, Cıdır düzündən açılan mənzərəni seyr edərək bu səfəri əks etdirən fotolar çəkiblər. Proqram iştirakçıları 30 il ərzində dağıdılan şəhərin qısa zamanda yenidən qurulmasını tarixi hadisə kimi qiymətləndiriblər. Onlar şahid olduqları dağıntılarla bağlı Azərbaycan həqiqətlərini təmsil etdikləri regionda geniş şəkildə təbliğ edəcəklərini diqqətə çatdırıblar. 
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları ziyarətçilərin nəzərinə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bildirilib ki, təməli Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulan şəhərin 270 illiyi ölkə miqyasında qeyd edilir. 
Xatırladaq ki, Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən həyata keçirilən təlim proqramı çərçivəsində ölkəmizə səfər ediblər. Oktyabrın 8-i başa çatacaq Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatın  artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı