Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq.
Ednews xəbər verir ki, bunu Milli az-a açıqlamasında mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib.
Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb: "On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi".