Xarici diplomatlar Gəncəyə səfər edib YENİLƏNİB

Cəmiyyət 17:21 17.10.2022

Oktyabrın 17-də Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib.

Ednews xəbər verir ki, tədbirdən öncə iştirakçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini hörmətlə yad ediblər.

Daha sonra Gəncə Memorial Kompleksini ziyarət edən tədbir iştirakçıları həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək ehtiramlarını ifadə etmişlər.

Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətlərinin həyata keçirilməklə zəruri tədbirlərin görüdüyünü qeyd etmişdir.

Bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar çıxarılaraq “İnterpol”un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan edilmiş, 23 ölkəyə hüquqi yardım haqqında sorğular göndərilmişdir.

44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyi, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı balistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadının qətlə yetirildiyi, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadının müxtəlif dərəcəli bədən xəsarətləri almaları diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücümlar nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülmüş, 6 ailə tamamilə məhv edilmişdir.

Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olmuşdur.

Eyni zamanda, araşdırmalarla 3875 yaşayış evi və ya mənzil, 33 qeyri-yaşayış obyekti, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binası olmaqla ümumilikdə 863.700 m2 təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulduğu bildirilmişdir.

Bununla yanaşı, müharibədən sonra ölkəmizin Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü-"mina terroru" ilə qarşı-qarşıya qaldığı bildirilməklə 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər 44 şəxsin həlak olduğu, 216 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı xüsusi qeyd edilmişdir.

Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirməklə Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxış edərək xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlərin Gəncədə baş verənlərlə tanış olarkən Ermənistanin hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətin bir daha şahidi olduqlarını, dünya birliyi ölkələrinin bu faciəyə real qiymət verməsinin önəmini diqqətə çatdırmışdır. Ermənistanin hərbi-siyasi rəhbərliyinin törədilən bütün cinayətlərə görə bilavasitə məsuliyyət daşıyır.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldığını, evlərinin bərpası mümkün olmayan ailələrə yeni mənzillərin verildiyini, ev əşyalarının alınmasında onlara maddi kömək göstərildiyini, hadisə qurbanlarının və onların yaxın qohumlarının qayğılarının diqqət mərkəzində saxlandığını bildirmişdir.

Anım tədbirinin sonunda media nümayəndələrinin sualları cavablandırılmışdır.

***

13.50

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbiri keçirilir.

Anım tədbirində diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

***

12.54

Gəncəyə səfər edən xarici diplomatlar şəhərin baş meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qonaqlar abidə önünə gül dəstələri qoyublar.

Daha sonra diplomatlar erməni terroru nəticəsində dağılan ərazidə olub, Qələbə parkını ziyarət ediblər. Diplomatlar Ermənistan tərəfindən törədilən hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.

***

12.27

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

Səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.

Anım tədbirinə diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi qatılacaq.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı