Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yeni təyinat olub.
Ednews xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, Agentliyin Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentinin Maarifləndirmə şöbəsinin müdiri vəzifəsinə Qabil Babayev təyin edilib.
Qeyd edək ki, Q.Babayev bundan əvvəl “BakuBus” MMC-də çalışıb.