Qəbul imtahanları sadələşdirilməlidir? Təhsil ekspertindən deputatın TƏKLİFİNƏ MÜNASİBƏT

Cəmiyyət 16:15 11.11.2022
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişikliklərin edilməsini təklif edib. Deputat universitetlərin hər kəs üçün əl çatan olması üçün qəbul prosesinin sadələşdirilməsini, təhsil prosesinin isə daha da ciddiləşdirilməsini təklif edib.
 
Təhsil eksperti Elşən Qafarov da deputatın fikirləri ilə həmfikir olduğunu bildirərək qəbul prosesində bir-sıra dəyişikliklərin zəruri olduğunu qeyd edib. O, bu barədə Ednews-a açıqlaması zamanı bildirib.
 
“Bildiyimiz kimi, ölkəmizdə çox uzun müddətdir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanları qruplar üzrə keçirilir. Bu isə doğru bir yanaşma deyil.  Hesab edirəm ki, qəbul imtahanları mexanizmində ciddi dəyişikliklər edilməlidir. Dünyanın ikinci bir ölkəsində belə bir  təcrübə yoxdur. Məhz imtahanların qruplar üzrə keçirilməsi üzündən Azərbaycanda 100 abituriyentdən 95 nəfəri istədiyi və arzuladığı ixtisasa nail ola bilmir. Məcburiyyət qarşısında düşdüyü, daha doğrusu istəmədiyi ixtisas üzrə təhsil almağa başlayır. Hətta elə ailələr var ki, maddi vəziyyətindən asılı olmayaraq övladlarının ali təhsil alması üçün ödənişli ixtisasları seçmək məcburiyyətində qalır. Onu da əlavə edim ki, verilən bəzi məlumatlara görə, təhsil haqqını ödəyə bilməyən 6000 -ə yaxın tələbə təhsildən kənarda qalıb”. 
 
Ekspertin fikrincə, ali və orta təhsil müəssisələrinə qəbul imtahanları ixtisaslar üzrə keçirilməlidir. 
 
“Bu mexanizmin tətbiqi hər bir abituriyentə öz istədiyi ixtisası və peşəni seçmək imkanı qazandıracaq. Hər bir gəncin öz qabiliyyətinə uyğun həmin peşə və ixtisas üzrə keyfiyyətli təhsil alması cəmiyyətə və dövlətə daha çox fayda verəcək. Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları qruplar üzrə yox, ixtisaslar üzrə keçirilməlidir”. 
 
Elşən Qafarov, həmçinin ali təhsilin məzmununda və keyfiyyətində dəyişikliklərin edilməsini də zəruri hesab edib. 
 
“Ali təhsil müəssisələri ölkənin inkişaf konsepsiyasına uyğun kadr hazırlaya bilmir. Bunun üçün mütləq ali təhsil ocaqlarında nəzəri biliklərlə yanaşı, praktiki biliklər də tədris edilməlidir. Bu zaman tələbələr hər tərəfli praktikaya sahib ola biləcəklər”.
 
Yunis Abdullayev
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı