İranda keçirilən etiraz aksiyaları çərçivəsində Təbriz Azad Universitetinin tələbələri molla hökumətinə qarşı nümayiş keçiriblər.
Ednews xəbər verir ki, bu barədə görüntülər "Azad İran" "Telegram" kanalında yerləşdirilib.
Narazı tələbələr İranın molla rejimini pisləyərək "Top, tüfəng, tank ola, molla gərək rədd ola” tipli şüarlar səsləndiriblər.
Qeyd edək ki, İranda 2 aydan çoxdur ki, 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsi ilə "Əxlaq" polisi tərəfindən öldürülməsi səbəbilə etiraz aksiyaları keçirilir. Nümayişlərdə 350-dən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb, 16 mindən çox insan həbs olunub.