AZƏRTAC-ın Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Emil Hüseynli ölkə Patriarxı Filaret tərəfindən medalla təltif edilib.
Ednews xəbər verir ki, bu barədə jurnalist özünün “Facebook” hesabında məlumat verib.
“Kiyev və bütün Ukraynanın Patriarxı Filaret tərəfindən medalla təltif edildim. Ukraynanın güclənməsinə və inkişafına verdiyim töhfəyə görə mükafatlandırıldım.
Patriarx Filaretin öz iqamətgahında keçirilən mərasimdə, həmçinin Ukrayna Silahlı Qüvvələrinin və güc strukturlarının hərbçiləri, könüllülər və ukraynalı jurnalistlər də mükafatlandırılıb”, - deyə E.Hüseynli qeyd edib.