ADU-da MARAQLI TƏDBİR – Ərəb rəsmiləri universitetə AXIN ETDİ

Cəmiyyət 17:37 26.12.2022

Dekabrın 26-da Beynəlxalq Ərəb Dili Günü münasibətilə Azərbaycan Dillər Universitetində tədbir keçirilib.

Tədbirdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir Ərəb Respublikası, İordaniya, Mərakeş, Liviya, Fələstin, Əlcəzair, İraq və Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, universitetin rektoru və bir çox rəsmi qonaqlar iştirak ediblər. 

Tədbirdə çıxış edən rektor akademik Kamal Abdulla qonaqları salamlayaraq Beynəlxalq Ərəb dili günü münasibətilə onları təbrik edib. Ərəb dilinin əhəmiyyətinə toxunan rektor bu dilin Azərbaycanla ərəb ölkələri arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin davam etdirilməsində önəmini vurğulayıb. 

“Ərəb ölkələri ilə Azərbaycan arasında ulu öndər Heydər Əliyevin dövründə əsası qoyulmuş bu əlaqələr bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində gündən-gündən inkişaf edir və möhkəmlənir”.

Daha sonra rektor işğaldan azad olunan Qarabağ torpaqlarında quruculuq işlərindən söz açaraq, ərəb ölkələrinin nümayəndələrini əməkdaşlığa dəvət edib.

“Siz yəqin ki, Qarabağın işğal zamanı necə dağıdılaraq xarabalığa çevrildiyini görmüsünüz. Biz bu gün bu torpaqları yenidən qurub, abadlaşdırmalıyıq. Ərəb dostlarımız hər zaman bizə dəstək olub və inanıram ki, bu quruculuq və yenidən bərpa işlərimizdə bizə hər zaman olduğu kimi dəstəyini göstərəcək”.  

Tədbirin davam edən hissəsində Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş çıxış edib. O, ölkəmizdə ərəb dilinə göstərilən sevgi və diqqətə görə Azərbaycan xalqına öz təşəkkürünü bildirib. Səfir ərəb dilinin bütün dünyada beynəlxalq əhəmiyyət daşıdığını bir daha qeyd edib.

“Hər il Azərbaycanın təhsil ocaqlarında Beynəlxalq Ərəb Dili Gününün təntənəli şəkildə keçirilməsi diqqətəlayiq hadisədir. Mən buna görə bir daha Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, tələbələrə və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirirəm”. 

Tədbir universitet tələbələrinin ərəb və azərbaycan dillərində hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib. Müxtəlif ərəb ölkələrinin mədəniyyətini əks etdirən rəqs nümunələri təqdim olunub, şeir və musiqi parçaları səsləndirilib. Həmçinin tələbələrin təqdimatında ərəb ölkələrinin milli geyim nümunələri nümayiş etdirilib. 

Sonda tədbirin təşkilatçısı, filologiya üzrə fəlsəfə doktoru, ərəbşünas Ülviyyə Hüseynova çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirib. O, qeyd edib ki, ərəb dili hər zaman dünyada vacib dillərdən hesab olunub. Ü.Hüseynova son zamanlar gənclər arasında ərəb dilinə artan maraqdan da söz açıb. O, xüsusi olaraq vurğulayıb ki, gələcəkdə ərəb dili mərkəzlərinin sayının artacağına ümid bəsləyir.

Daha sonra Ülviyyə Hüseynova tələbələri və qonaqları səfirliklərin hazırladıqları stendlərə baş çəkməyə dəvət edib. Stendlərdə ərəb ölkələrinin müxtəlif təamları, mədəni irsləri,  tarixi və dini kitabları və müxtəlif milli atributları nümayiş olunub.

Nümayiş olunan ən maraqlı stendlərdən biri də Birləşmiş Ərəb Əmirliklərinin idi. Burada ölkəyə aid turistik məlumatlar, tarixi və dini kitablar və milli atributlar nümayiş ounurdu. Qonaqlara mill yeməklər və şirniyyatlar təklif olunurdu.

Qeyd edək ki, UNESCO tərəfindən 18 dekabr Beynəlxalq Ərəb Dili Günü elan edilib və 2012-ci ildən etibarən hər il qeyd edilir. Məqsəd BMT-nin bütün rəsmi dillərinin bərabər istifadəsini təşviq etməkdir. 1973-cü il 18 dekabrda BMT Baş Assambleyası Ərəb dilini BMT-nin altıncı rəsmi dili olaraq qəbul edib.

 

Törə Zeynallı

Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO

Xəbər xətti

Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Hamısı