Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya enib - YENILƏNİB - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya enib - YENILƏNİB

Cəmiyyət A- A A+

Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya eniş edib.

Ednews xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına beynəlxalq aeraportuna enib.

***

21:03

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

Ednews xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...