Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi ilə bağlı YENİ QAYDA - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi ilə bağlı YENİ QAYDA

Cəmiyyət A- A A+
Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi (rotasiyası) qaydası müəyyənləşir. 
 
Ednews xəbər verir ki, bununla bağlı Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna bununla bağlı yeni - 31-1-ci maddə (Dövlət qulluqçusunun rotasiyası) əlavə edilməsi təklif olunur.
 
Layihəyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi orqanın rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.
 
Həmin qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.
 
Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq.
 
Ləyihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...