“Azərbaycan Hava Yolları” Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa aviabiletlərin satışına başlayıb. Uçuşlar həftəlik həyata keçiriləcək.
Ednews xəbər verir ki, aviaşirkətin Bakı-Moskva-Gəncə-Moskva-Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu marşrutla həftədə üç dəfə - bazar ertəsi, cümə və şənbə günləri uçacaq.
Aviaşirkət martın 19-dan etibarən Bakı-Sankt-Peterburq-Gəncə-Sankt-Peterburq-Bakı marşrutu üzrə həftədə bir dəfə - bazar günləri reyslərin yerinə yetirilməsinə başlayacaq.
İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə müvafiq olaraq çərşənbə və cümə axşamı günləri də əlavə olunacaq.
Uçuşların cədvəli ilə ətraflı tanış olmaq, həmçinin aviabiletləri aviaşirkətin rəsmi internet saytından - www.azal.az saytından öyrənmək olar. Siz həmçinin AZAL mobil tətbiqi vasitəsilə reyslərə aviabilet ala bilərsiniz.