2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Bu, öncəki illə müqayisədə 53,3 % çoxdur", - nazir qeyd edib.
M. Cabbarovun sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.