Ötən ay azad edilmiş ərazilərdə daha 2 470 ha minalardan təmizlənib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan Ednews-a bildirilib ki, fevralın 1-dən 28-dək Kəlbəcər, Xocalı, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 40 piyada əleyhina mina, 116 tank əleyhinə mina və 1487 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2 470 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Aysel Şahmar