Bu rayonlarda mədəniyyət müəssisələrinə baxış keçirildi

Cəmiyyət 12:52 13.03.2023
Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti martın 11-də Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub.
 
Ednews  nazirliyin saytına istinadən xəbər verir ki, Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzi, Hüseyn Arif adına şəhər Uşaq musiqi məktəbi, Dövlət Rəsm Qalereyası, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinə baxış keçirilib. Həmçinin rayon Mədəniyyət Mərkəzinin şəhər 1 saylı Folklor klubu, rayon MKS-nin Dağkəsəmən kənd 2 saylı kitabxana filialı və kənd Mədəniyyət evinə baxış olub, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.
 
Qazax rayonuna səfər zamanı Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, MKS, Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, İsrafil ağa hamamı, eləcə də rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirilib.
 
Nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərən ADA Universitetinin Qazax Mərkəzinə baş çəkib, təhsil ocağının fəaliyyəti, kompleksdə yaradılmış şəraitlə tanış olub.
 
Eyni zamanda rayon ərazisindəki "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və Daş Salahlı kəndində yerləşən qoruğun Damcılı filialına da baş çəkilib. Məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloq M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb.
 
2015-ci ildə Yaponiyanın Tokio Universiteti Muzeyi, AMEA-nın indiki Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb.
 
Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər tərəfindən bu ərazilərdə arxeoloji tədqiqatlar davam etdirilir.
 
Tovuz rayonuna səfər zamanı ilk olaraq bu qəbildən dünyada ilk muzeylərdən olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan və dövlət başçısının iştirakı ilə istifadəyə verilən müasir standartlara uyğun muzeydə Azərbaycan aşıq sənətinin keçmişini və bugünkü vəziyyətini əks etdirən qiymətli eksponatlar nümayiş olunur.
 
Sonra Tovuz Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS və 1 nömrəli Qovlar şəhər kitabxana filialı, Heydər Əliyev Mərkəzi, aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət Mərkəzi, Qovlar şəhər və Düz Qırıqlı kənd folklor evləri, aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi və Qovlar şəhər Uşaq musiqi məktəbi ilə də tanışlıq olub. Qeyd edilib ki, bədii təhsil ocaqları ilə mədəniyyət müəssisələrinin uğurlu əməkdaşlığına nail olunmalı, effektiv birgə fəaliyyətin qurulması diqqətdə saxlanılmalıdır. 
 
Ölkə başçısının tapşırığı ilə yenidən qurulan, müasir standartlara cavab verən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evinə də baxış olub. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və canlandırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
 
Sonra Şəmkir rayonuna gələn nümayəndə heyəti Əhməd Cavad adına Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi, Alman Lüteran kilsəsi, MKS və onun Uşaq şöbəsi, Mahir Aslanov adına Düyərli kənd kitabxana filialı, Zəyəm qəsəbə kitabxana filialı və Zəyəm qəsəbə Mədəniyyət evinə baxış keçirib. Müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat verilib.
 
Qeyd olunan bölgələrə səfər zamanı monitorinq qrupu keçmiş dövrlərdən qalmış, bu günün çağırışlarına cavab verməyən bir sıra infrastruktur obyektlərinə baş çəkib. Heyət tərəfindən qeydlər aparılıb, müvafiq tapşırıqlar verilib. 
 
Musiqi məktəblərinə baxış zamanı müəllim kollektivi və şagirdlərlə görüş olub. Musiqi təhsili ocaqlarında istedadlı, yaradıcı potensiallı uşaqların olduğu müəyyən edilib, onların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.
 
Bundan əlavə, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Uşaq İncəsənət Festivalının nominasiyalar üzrə regionların hansı mədəniyyət müəssisələrində təşkil ediləcəyi də nəzərdən keçirilib.
 
Rayonlarda mədəniyyət müəssisələrində mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
Hamısı