Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə məlumat daxil olub. İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.
Bu barədə Ednews-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.