“2023-cü ildə əhalinin əmək haqlarının və sosial müavinətlərinin artırılması üçün dövlət büdcəsindən 750 milyon manat ayrılması nəzərdə tutulub”.
Ednews xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üçün hesabatını Milli Məclisə təqdim edərkən bildirib.
“Bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək”, - deyə Baş nazir əlavə edib.