Nemət Veysəlli vəfat etti

Nemət Veysəllinin ədəbi mühitdəki fəaliyyəti və zəngin bioqrafiyası ilə yaxından tanış olaq

Cəmiyyət 21:03 25.03.2023
 
Nemət Veysəllinin ədəbi fəaliyyət göstərdiyi illərdə Azərbaycan mətbuatında və publisistikasında yeni bir dönüş yaranmışdır. 1960–1970-ci illərin ab-havası artıq ədəbiyyatı və həyatı sevən oxucularda yeni bir həvəs və zövq formalaşdırmışdır. Əvvəlki illərdən fərqli olaraq, süni qəzet yazılarından bezən oxucular yeni mövzu və təsvir üslubu gözləyirdilər. Yəni insanların maraq dairəsi dəyişmişdir. Şablon yazılara inam artıq yox idi. Həm ədəbiyyatda, həm də mətbuatda yeni təhkiyə üslubuna, yeni mövzuya və gerçək həyat hadisələrinə real, obyektiv baxışı özündə əks etdirən yazılara ciddi ehtiyac hiss olunurdu. Həmin dövrdə gedən siyasi proseslər, yeniləşmə istəyi o vaxtkı sovet mətbuatında, həm də Azərbaycanda aydın sezilirdi. Yeni düşüncənin və ictimai mühitin ab-havası gənc yazıçı nəslinə, o cümlədən N.Veysəlliyə də təsir göstərmişdi. Bu dövrdə ədəbi həyata qədəm qoyan jurnalistlər bu sahədə xeyli iş görmüşdülər. Publisistikaya maraq daha da genişlənirdi. Bu baxımdan N.Veysəlli və onun qələm dostları Səyavuş Sərxanlı, Nüsrət Kəsəmənli, Möhbəddin Səməd, Tofiq Abdin, Azər Abdulla, Firuz Mustafayev və b. xeyli işlər gördümüşdülər. Həmin dövrdə tanınmış yazıçılar Əlfi Qasımov, Qulu Xəlilov, Anar, Elçin sənədli nəsrə və publisistikaya böyük maraq göstərirdilər. Məhz o dövrdə qəzet və jurnal səhifələrində bu sahəyə böyük maraq oyanmışdır. İlk bədii publisistik yazıları "Araz", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Qobustan" incəsənət toplusunda dərc edilmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, radionun "Xəbərlər" informasiya redaksiyasında redaktor (qeyd etmək lazımdır ki, N.Veysəlli televiziya və radioda çalışdığı dövrdə sənət adamlarının həyat və yaradıcılıqları ilə bağlı bir-birindən maraqlı verilişlər hazırlayırdı), sonra isə "Azərbaycan qadını" jurnalında işləmişdir. 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində çalışmış ("Azərbaycan qadını" , "Azərbaycan" və "Ulduz" jurnallarının publisistika şöbəsində işlədiyi dövrdə N.Veysəlli həm öz yazılarında, həm də o vaxt mətbuata can atan, mətbuatda əsərləri ilə çıxış edən yeni nəslin formalaşmasında xüsusi xidmət göstərmişdir), "Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" gəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Redaksiya, nəşriyyat" şöbəsində işləyir. Azərbaycan Yazıçılar (1985) və Jurnalistlər Birliyinin (1978) üzvüdür. "Sehrkar səslər, əfsanəvi rənglər", ("Yazıçı", Bakı, 1984), "Sular qovuşan yerdə" ("Gənclik", Bakı, 1985), "Hər şeydən uca" ("Gənclik", Bakı), "Düzlərin ağ işığı" (Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1988), "Evimiz yuxuma girir" ("Yazıçı", Bakı, 1991), "Salamat görməyimə şadam" ("Mütərcim", Bakı, 1998), "Haran ağrıyır, Vətən?" (Hərbi nəşriyyat, Bakı, 1999), "Sənsiz keçən illər" ("Gənclik", Bakı, 2000), "Bəylər bəy" ("Adiloğlu", Bakı, 2004), "Həyat sevən insan" ("Azərbaycan" nəşriyyatı, Bakı, 2004), "Şəhərlər, evlər, naxışlar" ("Günəş", Bakı, 2005), "Yaş həddinə görə" ("Günəş", Bakı, 2006), "Piyadaların döyüşü" ("Yaddaş Media", Bakı, 2010),"Tikintisi yarımçıq qalmış evlər" ("E.L."Nəşriyyat və Poliqrafiya Şirkətinin mətbəəsi, Bakı, 2014), "Mənim müharibəm" ("Qanun" nəşriyyatı, Bakı, 2017),"Mənim müharibəm" (Naşir: Xudafərin,Tehran, 2018), "Geriyə yol varmı", ("Qanun" nəşriyyatı, Bakı, 2018), "Моя война" (Ганун, Баку, 2020) adlı bədii-publisistik kitablarının müəllifidir.qarşı ədalətsiz hücumuna, Qarabağ torpaqlarında yağı düşmənin təcavüz etdiyi bir dövrdə, 1993-cü il may ayının 21-dən könüllü olaraq (1996-cı ilədək) yuxarıda qeyd etdiyimiz, Azərbaycan Müdafiə Nazirliyinin orqanı "Azərbaycan ordusu" qəzetinin döyüş bölgələri üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərmişdir. N. Veysəlli həmin dövrdə özü ilə, qələmi ilə əsgəri xidmətə başlamışdır. Publisist torpaqlarımızda savaş gedən illərdə "cəbhə bölgələrindən operativ materiallar hazırladığına", "Azərbaycanda gedən müharibəni yüksək peşəkarlıqla, obyektiv və fədakarcasına işıqlandırdığına görə" mükafatlara layiq görünmüşdür.
 
Əsərləri:
Sehrkar səslər, əfsanəvi rənglər. Bakı: Yazıçı, 1984.
Sular qovuşan yerdə. Bakı: Gənclik, 1985.
Hər şeydən uca. Bakı, Gənclik.
Düzlərin ağ işığı. Bakı: Azərnəşr, 1988.
Evimiz yuxuma girir. Bakı: Yazıçı, 1991.
Salamat görməyimə şadam. Bakı: Mütərcim, 1998.
Haran ağrıyır Vətən. Bakı: Hərbi nəşriyyat, 1999.
Sənsiz keçən illər. Bakı: Gənclik, 2000.
Bəylər bəy. Bakı: Adiloğlu, 2004.
Həyat sevən insan. Bakı: Azərbaycan nəşriyyatı, 2004.
Şəhərlər, evlər, naxışlar. Bakı: Günəş, 2005.
Yaş həddinə görə. Bakı: Günəş: 2006.
Piyadaların döyüşü. Bakı: Yaddaş Media, 2010.
Tikintisi yarımçıq qalmış evlər. Bakı: Kitab "E.L." Nəşriyyat və Poliqrafiya şirkəti, 2014.
Mənim müharibəm.Bakı. Qanun nəşriyyatı. 2017.
Mənim müharibəm. Tehran: Naşir: Xudafərin, 2018.
Geriyə yol varmı. Bakı: Qanun nəşriyyatı. 2018.
Моя война. Баку: Ганун, 2020.
Mükafatları:
"Səhər" qəzetinin, Beynəlxalq Avrasiya Mətbuat fondunun diplomları (1993–1994);
AKİVİHİ-nın "Qızıl qələm" (1994) mükafatı.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı