Ermənistanın Amerika Universitetində kütləvi dava olub, iki nəfər bıçaqlanıb.
Ednews “Shamshyan.com”a istinadən xəbər verir ki, insident dünən İrəvan şəhərində sözügedən universitetin həyətində baş verib.
Belə ki, bir qrup şəxs arasında mübahisə yaranıb, daha sonra mübahisə bıçaqlanma ilə davaya çevrilib.
Yaralılar - 27 yaşlı İrəvan sakini Arsen M. və 43 yaşlı Karen K. bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Bildirilib ki, davada iştirak edən bir neçə şəxs hadisə yerindən qaçıb. Fakt araşdırılır.