"İrandakı rejimin və İslam Keşikçiləri Korpusunun Azərbaycan əleyhinə o qədər təxribatıyla üzləşmişik ki, “nə əcəb İrandakı dairələr Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına reaksiya vermirlər” sualı beyinlərdə dolaşır".
Ednews xəbər verir ki, bu sözləri Politoloq Elxan Şahinoğlu facebook hesabında yazıb. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi və sərhəd-keçid məntəqələrinin yaradılmasında Tehran seyrçi mövqedədir.
"Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu gizlətmir, hər zaman “qırmızı çizgilərdən” dəm vurur. Ancaq Tehran açıq şəkildə “biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin yaradılmasının əleyhinəyik” deyə bilmir, deyə də bilməz, çünki bu məntiqə ziddir, deyərlər ki, iki dövlətin öz aralarında sərhəd-keçid məntəqəsinin yaradılmasından sənə nə? Ona görə də Tehran hələ ki, seyrçi mövqedədir. Ancaq daxilən narahatdırlar, çünki sərhəd-keçid məntəqəsinin yaradılması separatizmin sonunu yaxınlaşdıran Azərbaycanın uğurudur".
Politoloq həmçinin qeyd etdi ki....
"Tehran isə Azərbaycanın uğurlarından hər zaman narahatdır. Həm də ona görə narahatdırlar ki, bundan sonra Ermənistan üzərindən Qarabağa yük daşıya bilməyəcək, SEPAH təlimatçıları Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər".
Ləman Abbaslı