Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam komitəsinə baxılması təklif edilib.
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib.
Qeyd edək ki, daha əvvəl çıxış edən deputatlar Fəzail Ağamalı və Razi Nurullayev Vahid Əhmədovu tənqid ediblər.
Fəzail Ağamalı Vahid Əhmədovun müsahibəsi zaman səsləndirdiyi fikirləri xoşagəlməz adlandıraraq, bununla bağlı məsələnin İntizam Komissiyasında müzakirə olunmasını təklif edib.