Ermənistan-Azərbaycan sərhədindəki Həkəri sərhəd-keçid məntəqəsi istifadəyə hazırdır.
Ednews xəbər verir ki, bu barədə görüntülər "Azadlıq radiosu"nun erməni xidməti yayıb.
Xatırladaq ki, iki gün öncə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə, Həkəri çayının üzərindəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub.