Peşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Məsələ ilə bağlı Ednews-a təhsil eksperti Elçin Əfəndi danışıb.
O qeyd edib ki, peşə təhsilində qiyabi təhsil verilməsi düzgün deyil.
“Çünki orada tələbələr peşə öyrənir. Bu təcrübə isə yalnız əyani öyrənilməlidir. Verilən qərar əvvəlki dövrədə qaldığı üçün ləğvi nəzərdə tutulub. Peşə məktəblərində qiyabi təhsilin olmaması gəncləri daha ixtisaslı kadr kimi yetişməsinə gətirib çıxarır. Son illərdə peşə məktəblərinə qiyabi təhsil qəbulu müşahidə olunmayıb”.
Ekspert Qeyd edib ki, 2022- 2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb. Bu yerlərin heç bir qiyabi deyildi. Ümumiyyətlə, qiyabi peşə təhsili mövcud deyil.
Aysel Şahmar