“Ulu Öndər Heydər Əliyev ölkəyə sabitlik gətirdi”.
Ednews xəbər verir ki, bu sözləri 40-a yaxın nümayəndənin iştirakı ilə “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən IV Beynəlxalq Konfransda ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev deyib.
O konfransda Heydər Əliyevin uğurlu geosiyasi xəttindən də danşıb.
"Azərbaycanda güclü iqtisadiyyat qura bildi. Hələ sovet dövründə də ölkənin bütün sahələrini idarə edirik. Biz Ulu Öndər haqqında o qədər geniş müzakirələr apara və danışa bilərik. İki günlük konfransda Ulu Öndər Heydər Əliyevin gördüyü uğurlu siyasi işlərdən danışmağa kifayət qədər vaxtımız var”.
Ülviyyə Şahin